Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları tarixi bir hadisə olmaqla bərabər, həm də idmanda bir yenilikdir. Mən Avstriya komandasının tərkibində bu yarışlarda iştirak etdiyimə görə çox sevinirəm.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Avstriyadan olan gimnast Nataşa Veqşeider deyib.
"Gimnastika yarışlarının keçirildiyi Milli Gimnastika Arenası çox genişdir, burada idmançıların rahatlığı üçün qurulan şərait yüksək səviyyədədir, azarkeşlərin dəstəyi isə möhtəşəmdir. Hiss olunur ki, Azərbaycanda gimnastlara böyük qayğı var. İnsanların böyük axınla gəlib yarışları izləməsi onlarda idmana olan böyük marağı göstərir".
Bundan əvvəl də Azərbaycanda olduğunu söyləyən avstriyalı gimnast ölkəmizi çox bəyəndiyini vurğulayıb.