23 İyun 2015 08:26
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın www.oasport.it saytında Avropa Oyunları çərçivəsində keçirilən gimnastika yarışları barədə məqalə yayılıb.

Məqalədə Bakıda yenilikçi gimnastikanın nümayiş olunduğu bildirilir.

“Bu, gimnastlar üçün də böyük təcrübə oldu. Kastold Mişela və Davide Donati cütlüyü Avropa Oyunlarında İtaliya gimnastikasına ilk medalı qazandırdı. Hərçənd onların ən yüksək pilləyə qalxması daha yaxşı olardı. Lakin çıxış zamanı gimnastlardan birinin büdrəməsi buna imkan vermədi”.

İtaliya gimnastlarının Avropa Oyunlarında iştirak etməklə Olimpiya Oyunlarına gedən yolu müəyyənləşdirdikləri bildirilən məqalədə deyilir: “İtaliya gimnastikası Avropa Oyunlarına qədər enişə doğru irəliləyirdi. Üçqat dünya və Olimpiya çempionu Lara Mori başda olmaqla əsas gimnastlar ciddi zədə almışdılar. İtaliya gimnastikasında zəifləmə hiss olunurdu. Bakıda isə biz yeni atletlərimizi gördük. Onlar yeni parlayan ulduzlardır. Belə demək mümkünsə, Avropa Oyunları gimnastikanı İtaliyaya yenidən qaytardı”.


Müəllif:

Oxşar xəbərlər