Bu gün Bakı 2015 I Avropa Oyunlarında daha bir idman növünə start veriləcək.
Teleqraf.com xəbər verir ki, qadın və kişilərdən ibarət yığma komandalar arasında basketbolun 3X3 növündə qrup oyunları başlayacaq.
Azərbaycanın kişilərdən ibarət komandası D qrupunda mübarizə aparacaq. Komandamız bu gün iki oyun keçirəcək. Öncə 19:55-də Çexiya ilə qarşılaşacaq millimiz 21:35-də İsveçrə önünə çıxacaq.
Qadın basketbolçularımız isə A qrupunda yer alır. Qadınlar günü 1 oyunla yekunlaşdıracaqlar. Yığmamız saat 17:10-da İsveçrə ilə üz-üzə gələcək.
Qeyd edək ki, həm kişilərin, həm də qadınların yarışında 16 komanda 4 qrupda mübarizə aparacaq. Bu gün və sabah keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq.
3X3 basketbol
23 iyun
Kişilər
A qrupu
15:55 Sloveniya – İsrail
17:35 Litva – Rumıniya
20:45 İsrail – Litva
B qrupu
15:55 Rusiya – Belçika
17:35 Türkiyə – İspaniya
20:45 Belçika – Türkiyə
C qrupu
16:45 Estoniya – Yunanıstan
19:55 İtaliya – Serbiya
21:35 Yunanıstan – İtaliya
D qrupu
16:45 Andorra – İsveçrə
19:55 Azərbaycan – Çexiya
21:35 İsveçrə – Azərbaycan
Qadınlar
A qrupu
15:30 Hollandiya – Yunanıstan
17:10 İsveçrə – Azərbaycan
20:20 Yunanıstan – İsveçrə
B qrupu
15:30 Çexiya – Ukrayna
17:10 Türkiyə – Belçika
20:20 Ukrayna – Türkiyə
C qrupu
16:20 İspaniya – Slovakiya
19:30 İrlandiya – Sloveniya
21:10 Slovakiya – Sloveniya
D qrupu
16:20 Rumıniya – Litva
19:30 İsrail – Rusiya
21:10 Litva – İsrail