23 İyun 2015 20:58
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

“A” qrupunun son qarşılaşmasında Türkiyə yığmasına 0-3 hesabı ilə uduzan qadın voleybolçularımız bu gün ¼ final qarşılaşmasında Hollandiyanı 3-0 hesablı qələbə ilə darmadağın edərək, yarımfinala yüksəlib.

Teleqraf.com xəbər verir ki, komandamızın üzvləri Ayşən Əbdüləzimova və Polina Rəhimova Türkiyə ilə məğlubiyyətin səbəblərini açıqlayıb.

Rəhimova bütün güclərini və fikirləini bu oyuna saxladıqlarını deyib: “Ötən oyunda Türkiyəyə məğlub olduq. Bunun səbəbi qrupdan artıq çıxamığımız və bu oyun haqqında düşünməyimiz idi”.

Əbdüləzimova isə gələn oyunda Türkiyədən məğlubiyyətin əvəzini çıxacaqlarını bildirib: “Yarımfinalda Türkiyə ilə yenidən qarşılaşacayıq. İnanıram ki, bu oyunda qələbə bizimlə olacaq. Türkiyəni hollandların gününə salacayıq”.

Samir


Müəllif:

Oxşar xəbərlər