24 İyun 2015 15:25
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunları çərçivəsində üzgüçülük üzrə yarışlarının ikinci gününə start verilib.

Teleqraf.com xəbər verir ki, yarışlar zamanı qadın və kişi üzgüçülər sərbəst, kəpənək, qurbağa, arxa üstə, fərdi kompleks, sərbəst və kompleks ötürmə üzrə öz güclərini sınayacaqlar.

Artıq kişilər arasında 400 m sərbəst, 50 m kəpənək, 4x100 m sərbəst ötürmə, qadınlar arasında isə 800m sərbəst, 50 m qurbağa, 400m fərdi kompleks və 4x100 m sərbəst ötürmə üzrə qaliblər bəllidir.

Bu gün daha səkkiz qızıl medalın sahibləri bəlli olacaq.

****

10.25

Qadınlar arasında 400m sərbəst üzgüçülük üzrə yarışların ilkin mərhələsi yekunlaşıb.

Final mərhələsinə çıxan iştirakçıların adı artıq bəllidir:

1. Rusiya -Openşeva Arina
2. Rusiya - Kirpiçnikova Anastasiya
3. İtaliya - la Cava Ciovanni
4. Böyük Britaniya - Hibbot Holi
5. Almaniya - Kullman Leoni
6. Fransa - Marşal Lea
7. İspaniya - Ruiz Bravo Paulo
8. İtaliya - Şiazzano Sveva

Final yarışları 17.34-də start götürəcək.

****

10.50

Kişilər arasında 1500m sərbəst üzgüçülük üzrə yarışların ilkin mərhələsi yekunlaşıb.

Ən sürətlilərin seçmə yarışına çıxan iştirakçıların adı artıq bəllidir:

1. Avstriya -Ambros Lukas
2. Rusiya - Drujinin İlia
3. Fransa - Doriano Nikolas
4. Almaniya - Bermel Tore
5. Böyük Britaniya - Derbişire Tom
6. Fransa - Maksumov Ernest
7. İsrail - Hinavi Mark
8. Almaniya - Mühllaytner Henniq

Final yarışları 19.16-də start götürəcək.

****
11.05

Kişilər arasında 200m qurbağa formasında üzmə final yarışların çıxan iştirakçıların adı bəllidir:

1. Yunanıstan - Meretsolias Konstantinos
2. Belçika - Kaerts Basten
3. Böyük Britaniya - Deviys Luk
4. Rusiya - Çupkov Anton
5. Rusiya - Mordaşev Kiril
6. Polşa - Arenteviç Yacek Yanuz
7. Böyük Britaniya - Atvud Çarli
8. Latviya - Bobrovs Danils

Final yarışları 18.27-də start götürəcək.

****
11.30

Kişilər arasında 100m arxa üstə üzmə yarışlarının finalçıların adı bəllidir:

1. Yunanıstan - Sofiandis Nikolas
2. Böyük Britaniya - Hulm Coy
3. Rusiya - Şopin Filip
4. Böyük Britaniya - Qrinbank Luk
5. Almaniya- Ulrix Marek
6. Belarus - Tsmin Mikita
7. Polşa - Skerka Yakub Daniel
8. Rumınya - Qlinta Robert

Final yarışları 17.30-da start götürəcək.

****
13.15

Qadınlar arasında 100m sərbəst üzmə yarışlarında finala çıxanların adı bəllidir:

1. Böyük Britaniya - Deakin Dersi
2. Çexiya - Semanova Barbora
3. Rusiya - Kameneva Mariya
4. Niderland - Stenberqen Marrit
5. Rusiya - Openişeva Arina
6. Belçika - Qoris Lotte
7. Almaniya - Kullman Leoni
8. İspaniya - San Nikolas Martinez Karmen

Final yarışları 18.22-da start götürəcək.

****
13.40

Qadınlar arasında 200m kəpənək formasında üzmə yarışlarında finala çıxan iştirakçıların adı bəllidir:

1. İtaliya - Skarpa Vidal Elisa
2. Böyük Britaniya - Klines Amelia
3. Macarıstan - Bokros Blanka
4. İspaniya - Balbuena Herediya Karmen
5. Almaniya - Mrozinski Culia
6. Macarıstan - Bonecz Boglarka
7. Böyük Britaniya - Hibbot Holli
8. İtaliya - Luperi Marina

Final yarışları 17.58-də start götürəcək.

****
15.25

Qadınlar arasında 200m arxa üstə üzmə yarışlarında finala çıxan iştirakçılar bəlli olub.

1. Yunanıstan - Saça İoanna
2. İtaliya - Ramatelli Quilla
3. Rusiya - Eqorova Polina
4. İtaliya - Rossi Martina
5. Almaniya - Volters Maksin
6. Ukrayna - Kolesinkova Marina
7. Böyük Britaniya - Şervin Rebekka
8. Macarıstan - Matiasovski Dalma

Final yarışları 18.41-də start götürəcək.

Rüstəm


Müəllif: