"Bakı 2015" Birinci Avropa Oyunlarında kişilərarası voleybol yarışlarında 1/4 final uğrunda ilk olaraq Polşa və Slovakiya kollektivi mübarizə aparıb.
Teleqraf.com xəbər verir ki, Polşa komandası bu oyunun favoriti sayılıb. Birinci hissənin ilk texniki fasiləsinə 8-5 hesabı ilə polşalılar üstün ayrılıb. İkinci texniki fasiləyə də Polşa üstün yollanıb: 16-10. İlk hissədə Polşa voleybolçuları 25-16 hesabı ilə qələbə qazanıb.
İkinci hissənin ilk texniki fasiləsinə slovaklar 7-8 hesabı ilə geridə ayrılıb. Bu setin son texniki fasiləsinə polşalılar öndə yollanıb: 16-15. İkinci setin nəticəsinə əsasən Polşa komandası bu hissənin də qalibi olub: 25-23.
Üçüncü hissəyə slovaklar yaxşı başlayıb. İlk texniki fasiləyə Slovakiya kollektivi 8-3 hesabı ilə ireəlidə ayrılıb. Ancaq buna baxmayaraq,Ş Polşa voleybolçuları oyunda nəzarəti ələ alıb və 25-19 hesabı ilə qələbə qazanaraq, ümumi oyunu qələbə ilə başa vurub. Bununla da polşalılar ilk yarımfinalçı olub.
Samir