24 İyun 2015 19:54
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyanın “İrishtimes.com” saytında Bakıda keçirilən ilk Avropa Oyunlarına həsr olunmuş geniş məqalə dərc olunub.

Məqalədə 12 gündür davam edən Avropa Oyunlarının Olimpiya Oyunlarına bənzədiyi qeyd olunur: “Avropa Oyunlarında insan özünü olimpiadada olduğu kimi hiss edir. Bakıda böyük işlər görülüb və bunu Rio-2016, həmçinin 2024-cü il Olimpiya Oyunlarına yaxşı hazırlıq kimi qiymətləndirmək olar”.

Bakıda gördükləri haqda yazan məqalənin müəllifi İan Oriordan bildirib ki, Bakı ilə Dublin arasında dörd saat vaxt fərqi var: “Sənədlərin qəbulu və xeyir-duadan sonra avtobus marşrutu Media Kəndinə doğru irəliləyir. Yorğunluğu Xırdalan pivəsi ilə çıxarmaq əla təsir edir. Yollarda oyunlar üçün ayrılan zolaq Olimpiada hissini bəxş edir. Avtobuslar da cədvəl üzrə hərəkət edir, sürücülər qrafikdən çıxmadan peşəkarlıqla idarə edirlər. Bakı çoxlu insanların yaşadığı böyük şəhərdir. Ən maraqlısı isə şəhər əhalisində Olimpiada əhval-ruhiyyəsinin olmasıdır. İnsanların yarıdan çoxu Avropa Oyunlarının könüllüsü kimi işləyir. Avropa Oyunlarının afişaları şəhərin küçələrini bəzəyir. Çoxlarının dediyinə görə, Bakı heç vaxt indiki kimi firavan yaşamayıb. Hər-halda, vaxtilə burada insanlar 12 saatlıq çörək növbələrində dayanırmışlar”.

Məqalədə qeyd olunur ki, Avropa Oyunları Rio-2016 üçün yaxşı təcrübədir.

“Görünən odur ki, Bakı öz dinamik inkişafını uzun müddət davam etdirəcək. Bu, ona Olimpiya Oyunlarının keçirilməsi üçün də imkan verir”, - deyə məqalədə vurğulanıb.


Müəllif:

Oxşar xəbərlər