25 İyun 2015 11:39
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oyunların 12-ci günündə 7 yarış keçirildi. Yarışlar başa çatan məkanlarda keçid prosesi baş verir”.

Bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

Bu gün “Hilton” oteldə ənənəvi mətbuat konfransı keçirən baş direktor əvvəlcə dünənki yarışların yekunları barədə məlumat verib: “Çimərlik futbolu üzrə ilk yarışlar keçirildi. Möhtəşəm oyunlar oldu. Dünən mən də çimərlik futboluna getmişdim. Rəsmilər dedilər ki, hətta dünya çempionatları belə məkanlarda keçirilmir. Bu da onların məmnun olmalarından xəbər verir. 18 min 700-dən çox tamaşaçımız olub 7 məkanda. Orta göstərici 81 faiz olmuşdu. Dünəndən bu günə qədər 3300 idmançı və nümayəndə atletlər kəndində yaşayır. Bu da rekord səviyyədən ikiqat azdı. Könüllülərin və məşəl qoruyucuların rolunu qeyd etmək istəyirəm. Bütün rəsmilər onlara minnətdardı. Bu Oyunların uğurlu keçməsində onların rolu böyükdü. Nəqliyyat sistemi idmançıları vaxtlı-vaxtında məkanlara çatdırır. Bu gün medal sayı çox olacaq. Dünən atletika üzrə ilk gün idi. Mən də gedib izlədim. 3 idmançı gözəl nəticə göstərmişdi. Bu da yarışların yüksək səviyyədə keçdiyini göstərir. Bugünkü bütün idman yarışlarına biletlərin hamısı satılıb. Cüdo yarışları bu gün başlayacaq. Düşünürəm ki, Heydər Əliyev arenasında gözəl görüşlər olacaq. Həmçinin Azərbaycanla Türkiyə voleybol komandalarının oyununun da gözəl keçəcəyini güman edirəm. Sabah Azərbaycanda bayramdı. Buna görə də, 29 minə yaxın tamaşaçının gəlməsini gözləyirik”.

Baş direktor qeyd edib ki, bağlanış mərasimi üçün yeni oturacaqlar quraşdırılmayacaq: “Təəssüflə qeyd etməliyəm ki, bağlanış üçün bütün yerlər satılıb. Yəni elə bir yer yoxdu ki, onun üçün bilet satışa çıxarasan. Kənarda qalmamaq üçün Bulvardakı böyük ekrandan bağlanışı izləyə bilərlər”.

Kleq Media Kəndində suların oğurlanması məsələsinə də münasibət bildirib: “Biz bundan xəbərdarıq. Hazırda bu məsələ araşdırılır. Qida və içkilər jurnalistlər və idmançılar üçün ayırılıb. Bu haqda geniş məlumat verə bilməyəcəm”.

O bildirib ki, Avropanın bütün ölkələrinin bu Oyunlarda təmsil olunması bu yarışların uğurundan xəbər verir: “Şadam ki, Avropa Olimpiya Komitələrinin hər bir üzvü bu yarışda iştirak edib. Bu da idmanın birləşdirici gücünü bir daha nümayiş etdirir. 50 ölkədən 40-ı artıq medal qazanıb”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər