26 İyun 2015 09:47
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən birinci Avropa Oyunlarında iki qızıl medal qazanan ukraynalı gimnast Oleq Vernyayev www.unian.net idman portalına müsahibəsində yarışların təşkili və gedişi haqqında təəssüratlarını bölüşüb.

O, Bakıdakı Milli Gimnastika Arenası haqqında xüsusi olaraq danışıb: “Zal möhtəşəm idi. Bu zalın üstünlüyü təkcə onun bütün texniki parametrlərə cavab verməsi və idmançılar üçün rahatlığı ilə məhdudlaşmır. Gimnastika Arenası ən son texnologiya və tələblər əsasında tikilib. Bu qurğu çoxprofilli deyil, yalnız gimnastika üçün nəzərdə tutulub. Yarışlardan əlavə vaxtda orada məşqlər keçirilir. Bir sözlə, Avropa Oyunlarında məşqlər və yarışlar üçün bütün zəruri şərait yaradılıb”.


Müəllif:

Oxşar xəbərlər