Təmsilçimiz Lorenzo Sotomayor (65 kq) yarımfinalda Viktor Petrovla qarşılaşıb. O, rəqibinə 3:0 qalib gəlib və finala yüksəlib. Kuba əsilli idmançımız finalda italiyalı Vinçenzo Manqiakapre ilə üz-üzə gələcək.
14:14
Elvin Məmişzadə (52 kq) yarımfinalda almaniyalı Hamza Tuba ilə görüşüb. O, rəqibinə 3:0 qalib gəlib və finala yüksəlib. O, çempionluq uğrunda italiyalı Viçenzo Rikardi ilə döyüşəcək. Qarşılaşma sabah saat 18:45-də olacaq.
13:35
Boksçumuz Anna Əlimərdanova (54 kq) yarımfinalda rusiyalı Yelena Saveleva ilə görüşüb. O, rəqibinə 3:0 məğlub olub və bürünc medalla kifayətlənib.
12:24
Bu gün Bakı 2015 I Avropa Oyunlarında boks üzrə yarışların yarımfinal mərhələsinə yekun vurulacaq və eyni zamanda finallara start veriləcək.
Publika.az xəbər verir ki, gün ərzində 10 çəkidə döyüşlər baş tutacaq.
Bu çəki dərəcələrinin 5-də finala vəsiqə qazananların adları bilinəcəksə, digər 5-də yarışlara yekun vurulacaq.
Azərbaycan boksçularından Teymur Məmmədov komandamıza ilk çempionluq sevincini yaşada bilər. Həmçinin, daha 4 idmançımız final uğrunda son döyüşünə çıxacaq.
Boks
25 iyun
Kişilər
Yarımfinallar
52 kq
Elvin Məmişzadə bu gün final yolunda son görüşünə çıxacaq. Yeniyetmələr və gənclər arasında Avropa çempionunun rəqibi almaniyalı Hamza Tuba olacaq. Döyüş saat 13:30-da start götürəcək.
64 kq
Üç inamlı qələbə sayəsində adını yarımfinala yazdıran Lorenzo Sotomayor yarımfinalda Ukrayna təmsilçisinə rəqib olacaq. İdmançımızın Viktor Petrovla qarşılaşması saat 14:15-ə təsadüf edəcək.
+91 kq
Avropa Oyunlarında qızıl medal qazanacağına ən çox ümid bəslənilən Məhəmmədrəsul Məcidovyarımfinalda özündən 7 yaş kiçik Qasan Gimbatovla (Rusiya) qarşılaşmalı olsa da, döyüş baş tutmayacaq. İkiqat dünya və Avropa çempionumuz zədə səbəbindən saat 14:30-da keçirilməli olan qarşılaşmaya çıxmayacaq və rəqibi finala yüksələcək. Sadəcə, bu gün təmsilçimizin bürünc medal alması rəsmiləşəcək.
Final
81 kq
İlk Avropa Oyunlarında rəqib tanımayan Teymur Məmmədov bu gün boks yığmamıza ilk qızıl medalı qazandıra bilər. Bunun üçün yarımfinalda rusiyalı Pavel Silyaginə çətin anlar yaşadan Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi həlledici görüşdə italiyalı Valentino Manfredoniaya da gücünü göstərməlidir. Final saat 19:00-da başlayacaq.
Qadınlar
54 kq
Yığmamızın liderlərindən Anna Əlimərdanova Avropa Oyunlarında ikinci döyüşünə çıxacaq. Boksçumuz yarımfinalda Rusiya idmançısı Yelena Savelevaya qalib gəlməyə çalışacaq. Görüş saat 12:30-da olacaq.
Qeyd edək ki, artıq boks yığmamızın aktivində 1 bürünc medal var.