26 İyun 2015 13:00
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı 2015” Birinci Avropa Oyunlarının kişilər arasında voleybol turnirinin yarımfinal qarşılaşmaları keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-da ilk yarımfinal görüşü baş tutacaq. Bu qarşılaşma Polşa və Bolqarıstan komandaları arasında keçiriləcək.

Digər görüşdə isə Rusiya və Almaniya kollektivi final uğrunda mübarizə aparacaq. Bu qarşılaşmaya saat 19:30-da start veriləcək.

Samir


Müəllif: