Bu gün Avropa Oyunlarında üzgüçülük yarışlarına yekun vurulacaq.
Teleqraf.com xəbər verir ki, bu gün son yarış günüdür və Azərbaycanı 5 üzgüçü təmsil edəcək.
Onlardan 2-si fərdi, 4-ü isə komanda yarışında çıxış edəcək.
Kişilərin arasında 50 metr məsafəyə sərbəst üzmədə Dorian Fazekas mübarizə aparacaq. Qadınların 50 metr məsafəyə kəpənək yarışında Anna Maçenkova çıxış edəcək.
Kişilər arasında 4x100 metr məsafəyə ötürmələrlə yarışda Azərbaycan komandasının heyətində Qriqori Kalminski, İvan Andrianov, Anton Jeltyakov və Dorian Fazekas yarışa qoşulacaq.