27 İyun 2015 22:37
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlk Avropa Oyunlarının medalını əldə etmək mənim üçün çox əhəmiyətli idi. Mən özümə söz vermişdim ki, qızıl medal qazanacağam və onu əldə etdim". Trend-in məlumatına görə, bunu Azərbaycana birinci Avropa Oyunlarında qızıl medal qazandıran boksçumuz Albert Səlimov deyib.

O finalda rəqibinə fənn işlədərək qalib gəldiyini bildirib: “Mən rəqibimə fənn işlədərək qalib gəldim. Digər tərəfdən güclü məşqlərin nəticəsində qələbə qazandım. Mənim hər qazandığım medal böyük əziyyət tələb edib və hər bir medalı qazanmaq üçün böyük güc sərf etmişəm".

A.Səlimov qeyd edib ki, onun qazandığı bütün medallar əziyyətinin bəhrəsidir.

Gələcək planları haqqında danışan A.Səlimov məşqlərini davam etdirəcəyini bildirib: "Bir az dincələndən sonra məşqlərimə qayıdacağam. Mənə dəstək hər bir şəxsə dərin təşəkkürümü bildirirəm".

A.Səlimov qazandığı qızıl medalı ona azarkeşlik edən bütün insanlara həsr etdiyini vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər