28 İyun 2015 09:00
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boks yarışlarının finalındakı qarşılaşma bu günədək keçirdiyim döyüşlər arasında ən çətini idi. Çünki finala ən güclülər yüksəlir. Allaha şükür ki, qalib gələrək çempion adını qazana bildim.

AZƏRTAC xəbər verir ki, bu sözləri birinci Avropa Oyunlarının qızıl mükafatçısı boksçumuz Pərviz Bağırov (69 kq) qazandığı parlaq qələbədən sonra jurnalistlərə müsahibəsində bildirib.

Birinci Avropa Oyunlarındakı qələbəsini anasına həsr etdiyini bildirən idmançımız deyib: “Rusiyalı rəqibim güclü idmançı, Avropa çempionu idi. Ancaq mən müxtəlif taktiki manevrlərlə qalib gəldim. Qələbəmi anama həsr edirəm”.

Pərviz Bağırov deyib: “Birinci Avropa Oyunlarında dünya çempionatı üçün zəngin təcrübə qazandım. Hər bir yarış təcrübə qazandırır. Oktyabrda dünya çempionatı keçiriləcək. Avropa Oyunları həmin yarış üçün gözəl imkan və mühüm təcrübə oldu. Ümid edirəm ki, dünya çempionatında da qələbə qazanaraq xalqımı sevindirəcəyəm”.


Müəllif:

Oxşar xəbərlər