28 İyun 2015 12:08
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yarışların son günü Azərbaycan I Avropa Oyunlarının medal hesabında ikinciliyi qoruyub saxlayıb.

Teleqraf.com-un məlumatına əsasən, ölkəmizin hesabında 21 qızıl, 15 gümüş və 20 bürünc medal var.

Birinci yerin sahibi də dəyişməyib – 78 qızıl, 40 gümüş və 43 bürünc medalla Rusiya medal hesabında hamıdan öndədir.

Üçüncü yerdə 18 qızıl, 10 gümüş və 19 bürünc medalla Böyük Britaniya qərarlaşıb.


Müəllif: