29 İyun 2015 01:40
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 Avropa Oyunları hər baxımdan uğurla keçdi. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.

Onun sözlərinə əsasən, Avropa Olimpiya Komitəsi yüngül atletika və üzgüçülük üzrə beynəlxalq federasiyalarla Oyunlar çərçivəsində Avropa çempionatının keçirilməsi barədə razılığa gəlsə, turnirin səviyyəsi daha çox artacaq.

A.Jukov qeyd edib ki, 164 medal qazanmış Rusiya komandası Oyunlarda çox gözəl iştirak edib: "Həm gənc, həm də təcrübəli idmançılar sevindirdi".


Müəllif: