29 İyun 2015 19:08
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə dünyaya göstərdi ki, belə ciddi tədbirlərə ev sahibliyi etmək iqtidarındadır". Bunu milli.az-a Birinci Avropa Oyunlarının yekunlarını şərh edərkən Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev cavablandırıb.

A.Nağıyevin sözlərinə görə, Azərbaycan belə tədbirlərə ev sahibliyi etmək qüdrətindədir: "Burada söhbət tək hansısa dövlətdən gəlmiş idmançıları qəbul etməkdən və yaxud oyunların keçirilməsindən getmir. Burada təşkilatçılıq, təhlükəsizlik, nəqliyyat, qonaqların yerləşdirilməsi, idman qurğularının tədbirə hazırlığı və digər məsələlər də var. Statistikaya görə, son 17 gündə Azərbaycana 145 dövlətin nümayəndəsi gəlib. Onlar həm turist, həm də özünün təşəbbüsü ilə gələn qruplar, idmançılar və başqalarıdır".

Avropa Oyunlarında iştirak etmək üçün 49 ölkədən 6000-ə yaxın idmançının ölkəmizə gəldiyini deyən ekspert hesab edir ki, bununla da Azərbaycan idman ölkəsi olduğunu dünyaya sübuta yetirdi:

"Eyni zamanda, idmana Azərbaycanda necə münasibət olduğunu dünyaya sübut etdi. Azərbaycanın necə tolerant ölkə olduğunu dünya gördü. Ölkəmiz siyasi xəttinin, iqtisadi tərəqqisinin nədən ibarət olduğunu dünyaya sübut edə bildi. Azərbaycan Avropa ailəsində olan müstəqil, eyni zamanda mütərəqqi və sülhsevər dövlət olduğunu dünyaya göstərdi".


Müəllif:

Oxşar xəbərlər