29 İyun 2015 19:46
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq"

“Bakı-2015 I Avropa Oyunlarını keçirməklə Azərbaycan bir daha qüdrətini dünyaya nümayiş etdirdi. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında prezident İlham Əliyevin iradəsi, biliyi dayanır”.

APA-nın məlumatına görə, bunu bu gün Bakı-2015 I Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev” ordeni ilə təltif edilən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdəki çıxışında deyib.

M. Əliyeva başçısı I Avropa Oyunlarına hazırlıq zamanı göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib: “Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib, qorxuda bilməz. Ədalət, xoş niyyət və xalqla birlik hər zaman zəfər çalacaq. Bu 17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. 17 gün ərzində Azərbaycan xalqı bir komanda və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir.

Xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. Cənab prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq. Çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Tanrı hər zaman Sizi və Azərbaycanı qorusun”.


Müəllif:

Oxşar xəbərlər