9 İyun 2016 14:44
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya müdafiə naziri, general Sergey Şoyqu İrana səfər edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı nazirliyinin məıtbuat xidmətinin nümayəndəsi Anatoli Antonov məlumat verib.

Onun sözlərinə görə, Rusiya, İran və Suriya müdafiə nazirləri bu gün Tehranda görüş keçirəcək: "Şoyqu bu toplantıda iştirak etmək üçün İrana səfər edib. Görüş zamanı hazırki vəziyyət və terrorçuluqla mübarizə mövzusunda 3 ölkənin birgə mübarizəsi məsələsi müzakirə ediləcək".

Antonov əlavə edib ki, bundan başqa, Şoyqu İranda bir sıra ikitərəfli görüşlər keçirəcək: "İkitərəfli görüşlərin əsas müzakirə mövzusu regional təhlükəsizlik, eləcə də hərbi-texniki sahədə
əməkdaşlıq məsələləri olacaq".

Samir


Müəllif:

Oxşar xəbərlər