İranın dəvəti ilə Əsəd rejiminin müttəfiqləri Tehranda bir araya gəliblər.
Teleqraf.com xəbər verir ki, İran, Rusiya və Suriya müdafiə nazirləri Suriyadakı durumu müzakirə ediblər.
İran müdafiə naziri Hüseyin Dehqan, Rusiya müdafiə naziri Sergey Şoyqu və Suriya müdafiə naziri Fahd Kasim Farik terrorçuluğa qarşı mübarizədə əməkdaşlığın vacibliyini vurğulayıblar.
Teleqraf.com Rusiyanın "Kommersant" qəzetinə istinadən xəbər verir ki, nazirlər İŞİD və Əl Nusra təşkilatları üzərində üstünlüyə malik olduqlarını bildiriblər.
Suriya-Türkiyə sərhədinə nəzarətin vacibliyini vurğulayan Şoyqu bildirib ki, bu işi İran və Rusiya hərbçiləri birlikdə həyata keçirəcəklər.
Ayxan