Suriyanın Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının başqanı Enes el-Abde mətbuata açıqlamasında bildirib ki, Rusiyanın Suriya ilə bağlı əsas məqsədi orada müxalifəti sıradan çıxarıb, Bəşər Əsədin arzuladığı kimi bir rejim qurmaqdır.
Enes el-Abde bildirib ki, Rusiyanın sayəsində Bəşər Əsəd dialoqdan qaçır: "Rusiya Əsədi yenidən Suriyanın prezidenti edəcək. Bütün bunlar dünyanın gözü qarşısında baş verir. Qərb Suriyada baş verənləri kənardan izləyir. Rusiya Suriyanın sağlam müxalifətini də terrorçu kimi qələmə verir. Bizim bununla bağlı mövqeyimiz aydındır".
Ayxan