Ukraynanın separatçı Donetsk vilayətində ATƏT müşahidəçilərinin bölgəyə yerləşdirilməsinə etiraz olaraq mitinq keçiriblər.
Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, mitinqi yerli hakimiyyət təşkil edib.
Separatçıları təmsil edən Denis Puşulin bildirib ki, silahlı müşahidəçilər Ukrayna ordusu üçün əlverişli hədəf olacaq və ənənəyə görə yenə yaraqlıları günahlandırmağa çalışacaqlar.
ATƏT sədrinin sözlərinə görə, Ukraynanın şərqindəki silahsız müşahidəçilər tez-tez hədələnir, hərdən isə məruz qalırlar. 2014-cü ilin aprelindən Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 9 mindən çox adam ölüb.