21 İyun 2014 14:33
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanlı akisyaya görə, məsuliyyəti boynuna götürən olmayıb

Teleqraf.com-un TRThaber-ə istinadən verdiyi məlumata görə, bu gün Pakistanın paytaxtı İslamabad şəhərindən 20 kilometr uzaqlıqda, Pindorian bölgəsində olan Sufi Əziz Ata türbəsində partlayış baş verib. Bomba təqribən, 250 adamın bir dua mərasimi üçün türbədə olduğu zaman partladılıb.

Türbənin çol divarlarının dibinə yerləşdirilən 4 kiloqram ağırlığındakı nizamlı bombanın partladılması nəticəsində 35 adamın yaralandığı bildirilib.Yaralılardan altısının vəziyyəti ağırdır. Terror hücumuna görə, hələlik, məsuliyyəti boynuna götürən olmayıb.

Pakistan ordusu Şimali Vəziristan bölgəsindəki Taliban düşərgələrinə bir həftə əvvəl başlatdığı və hələ də davam edən, havadan hərbi aviasiyanın dəstəklədiyi əməliyyat nəticəsində 200-dən çox talibançını təsirsiz hala gətirdiyini açıqlamış, qarşı tərəf də bunu cavabsız buraxmayacağını bəyan etmişdi.

Nail Cəlil


Müəllif: