11 İyun 2016 11:44
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 10-da axşam saatlarında Ukraynanın Rusiyadakı səfirliyi önündə etiraz aksiyası keçirilib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, etirazçılar səfirlik binasını “yumurta atəşi”nə tutublar. Etiraz aksiyasına radikal ukraynalıların Rusiyanın Odessadakı Baş Konsulluğunun bir gün əvvəl Rusiya Günü münasibətilə keçirdiyi rəsmi qəbulu pozması səbəb olub.

Aksiyada 200 nəfərə yaxın insan iştirak edib. İştirakçılar antiukrayna şüarları səsləndirib, yumurta və fişəng atıblar. 20 dəqiqə davam edən aksiya zamanı həbs edilən olmayıb.

Qeyd edək ki, iyunun 10-da günorta saatlarında Rusiyada fəaliyyəti qadağan edilmiş “Sağ sektor”un və “Azov” vətəndaş korpusunun 50-yə yaxın təmsilçisi Rusiyanın Odessadakı Baş Konsulluğu önünə gələrək Rusiya Günü münasibətilə keçiriləcək rəsmi qəbula iştirakçıların girişini əngəlləyiblər. Baş Konsulluğun ərazisinə yumurta və kartof atılıb. TASS bildirir ki, radikallar Rusiyanın və onun liderlərinin ünvanına təhqiramiz fikirlər səsləndiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyətə müdaxilə etməyiblər. Nəticədə tədbir baş tutmayıb.

Onu da bildirək ki, 1990-cı ilin iyunun 12-də RSFSR Xalq Deputatları Soveti Rusiyanın dövlət suverenliyi haqqında bəyannamə qəbul edib. 1992-ci ildən etibarən hər il iyunun 12-i Rusiya Günü kimi qeyd olunur. İyunun 12-i Rusiya Federasiyası ərazində qeyri-iş günü və rəsmi dövlət bayramıdır.

Səxavət


Müəllif:

Oxşar xəbərlər