İraq hərbçiləri İŞİD-in işğalı altında olan Mosul ətrafında irəliləyiblər və şəhərdən cənubda yerləşən bir kəndi nəzarətə götürüblər.
"Report" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən İraqın "Əl- Mada" agentliyi məlumat yayıb.
İraq ordusu mərkəzi Mosul olan şimal əyaləti Neynəvada İŞİD-ə qarşı əməliyyatları davam etdirir. Hərbçiləri havadan ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiНa qüvvələri dəstəkləyir.
"Kayyar rayonunda Xaraib Caber kəndi İŞİD-dən azad edilib, 25 terrorçu öldürülüb və dörd minalanmış maşın məhv edilib", — deyə əməliyyat komandanlığındakı mənbə bildirib.
İraqın böyüklüyünə görə ikinci şəhəri olan Mosul 2014-cü ilin yayından İŞİD terrorçularının əlindədir.