Konqo Demokratik Respublikasının Mai-Ndombe gölündə iki gəminin toqquşması nəticəsində ən azı 27 nəfər həlak olub.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda yerli “Okapi” radiostansiyası bildirib.
Məlumata görə, gəmilər güclü dumanla əlaqədar görüntünün pis olması səbəbindən toqquşublar. Qəza zamanı gəmilərdə 100-ə qədər adamın olduğu bildirilir. Lakin dəqiq rəqəmlər məlum deyil.