ABŞ-ın Nyu-Meksika ştatında dəhşətli cinayət hadisəsi baş verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 34 yaşlı Xuan David Viqlas-Hernandes 4 qızı və həyat yoldaşını öldürüb.
Polisdən verilən məlumata görə, hadisədən sonra Hernandes gizlənməyə müvəffəq olub: "Hadisənin dəqiq səbəbləri məlum deyil. Araşdırmalar zamanı qətlin odlu silahla törədildiyi aydınlaşıb. Öldürülən uşaqların 14, 11, 7 və 3 yaşları olub".
Elvin