13 İyun 2016 20:40
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Ağır Cinayətlər Məhkəməsi Müsəlman Qardaşları Təşkilatını (İhvan) rəsmən terrorçu təşkilatların siyahısına salıb. Teleqraf.com xəbər verir ki, Misirin rəsmi qəzeti İhvan və onun 215 üzvünün adları siyahıya salınıb.

İhvan müdafiə heyətinin başqanı Abdulmunim Abdulmaksud ibildirib ki, qərarın ləğvi üçün yuxarı instansiyaya şikayət olunacaq.

Misir hökuməti 2013-cü ildən bəti Müsəlman Qardaşları Təşkilatını terrorçu siyahısına salıb. Prezident Abdulfettah es-Sisi 2015-ci ildə imzaladığı qərarla Məhəmməd Mursinin dövrününün baş prokuroru Hişam Berekat, Müsəlman Qardaşları Təşkilatını məşəvərət qrupunun rəhbəri Muhammed Bedii və daha 17 yüksə vəzifəli şəxsini terrorçular siyahısına salıb, amma bir neçə ay sonra qərar ləğv edilib.

Qeyd edək ki, Məhəmməd Mursi Misirin qanuni seçilmiş prezidenti olub. 2013-cü ildə hərbi çevriliş nəticəsində prezident və partiyası hakimiyyətdən devrilib. Mursi ömürlük azadlıqdan məhrum edilib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər