21 İyun 2014 23:16
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda milli internet sistemi hazırlanır. Bu haqda İranın Rusiyadakı səfiri Mehdi Sanani məlumat verib.

Teleqraf.com bildirir ki, "Biz interneti inkişaf etdirməyə hazırlaşırıq", - o deyib və qeyd edib ki, ölkə virtual məkana böyük əhəmiyyət verir.

"Düşünürəm ki, İran və Rusiya kimi ölkələr internetin faydasını düzgün qiymətləndirirlər. Amma İran və Rusiyanın öz dəyərləri, öz mədəniyyəti, öz xüsusi prinsipləri var", - deyə səfir vurğulayıb.

Onun fikrincə, gənc iranlılar Qərb virtual məkanının ədəbsiz təsirinə və mədəni xaosun təbliğatına məruz qalıblar.

Sanani əmindir ki, milli internetin inkişafı virtual məkanın inkişafı üçün ən optimal yollardan biridir.

Fidan


Müəllif: