"Avropa Birliyi ilə Türkiyə arasında viza rejiminin ləğvi məqsədilə danışıqlar oktyabra qədər davam edəcək".
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Şurasının sədri Donald Tusk deyib.
Onun sözlərinə görə, Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi rəsmi Ankaranın şərtləri əməl etməsindən sonra mümkün ola bilər: "Güman ki, danışıqlar oktyabra qədər uzanacaq. Ancaq biz dayanmadan yaxınlaşırıq".
Tusk qeyd edib ki, indiki vəziyyətdə Türkiyənin AB-yə daxil olması mümkün deyil".
Samir