21 İyun 2014 23:34
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın baş naziri Stiven Harper 11 nəfər Rusiya və Ukrayna rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini bu gün elan edib.

Trend İTAR-TASS agentliyinə istinadən bu barədə Kanada hökumətinin mətbuat xidməti öz məlumatında bildirib.

Harperin bildirdiyinə görə, bu şəxslər "Ukraynanın suverenliyinin və ölkənin ərazi bütövlüyünün pozulmasına səbəb olublar". "Biz bundan sonra da Ukraynada böhrana görə məsuliyyət daşıyanlara qarşı təzyiq göstərəcəyik ", - Kanadanın baş naziri bildirib.

Siyahıya daxil edilən şəxslər barədə hələlik məlumat yoxdur.


Müəllif: