ABŞ-ın Florida əyalətinin Orlando şəhərindəki gey-kluba silahlı hücum edən Ömər Martinin atası olayla bağlı açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Əfqanıstan əsilli Mir Səddiqi polislərlə atışmada öldürülən oğlu ilə bağlı video çıxış edib.
Baş verənlərdən dərin təəssüfünü ifadə edən Səddiqi oğlunun geylərə qarşı patoloji nifrət bəsləməsindən xəbərsiz olduğunu deyib.
"Çox yaxçı övlad idi. Təhsil almışdı. Yoldaşı və uşağı var. Bizə qarşı sayqılı idi. Müqəddəs Ramazan ayında niyə belə hərkətə yol versin? Homoseksualları Allah özü cəzalandıracaq. Onları cəzalandırmaq insanların işi deyil", deyə Ömər Matinin atası qeyd edib.
Bildirək ki, Ömər Martinin gey-kluba silahlı hücumu ABŞ-da çox pis qarşılanıb və ölkənin müasir tarixinə qara hərflərlə yazılıb. Olayın arxasında İŞİD faktorunun durub-durmaması araşdırılır.
Ayxan