14 İyun 2016 00:19
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezident sarayında təşkil olunan iftar süfrəsi zamanı çıxışında Avropa Birliyi ilə münasibətlərə də toxunub.

Teleqraf.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, Ərdoğan AB ilə münasibətlərin milli maraqlar konteksində qurulacağını bildirib.

"AB ilə olan münasibətlərimiz qürurlu mövqeyimiz və milli maraqlarımız üzərində qurulacaq. Milli maraqlarımız əsla zədələnməməlidir. Türkiyə sıradan bir ölkə, millət deyil. 3 min il gözləyə bilmərik. Kimsə bizim səbrimizi yoxlamağa çalışmasın, test etməsin. Hökumətimiz gərəkən cavabları verəcək. 1953-cü ildən bu yana - 63 ildir məsələni səsə qoyurlar. Qərara uyğun addım atacağıq", deyə Ərdoğan bildirib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər