Fransanın paytaxtı Parisdə naməlum şəxs polis əməkdaşı və onun həyat yoldaşını öldürüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra polisin evinə daxil olan şəxs onun 3 yaşlı oğlunu girov götürüb.
Paris polisindən verilən məlumata görə, hücum zamanı polis rəisinin müavini və onun həyat yoldaşı öldürülüb: "Evi əhatəyə alan xüsusi təyinatlılar cinayətkarla danışıqlar aparsa da, bunun heç bir faydası olmayıb. Evə hücum edilib və terrorçu öldürüb. Rəis müavininin azyaşlı oğlu heç bir xəsarət almadan xilas edilib. Faktla bağlı araşdırmalar davam edir".
Bu arada, İŞİD terror təşkilatı bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bununla bağlı "Amaq" xəbər agentliyi məlumat yayıb.
Samir