Xəbər verdiyimiz kimi, Fransada rusiyalı azarkeşlərin olduğu avtobus xüsusi təyinatlılar tərəfindən saxlanılıb.
Məlumata görə, hadisə yerinə Rusiyanın Marsel şəhərindəki konsulluğunun əməkdaşları və Kann şəhərinin meri gəlib. Xüsusi təyinatlılar və polislər azarkeşləri avtobusdan enməyə məcbur ediblər. Bundan başqa məlumatda bildirilir ki, polis avtobus sürücüsünə kondisoneri işə salmağa icazə verməyib. Avtobusda olan şəxslərin deportasiya sənədinin hazır olduğu da bildirilib. İnsident zamanı 2 azarkeşin vəziyyəti pisləşib. Hazırda şəhərdə vəziyyət gərgin olaraq qalır.
Rusiyanın Fransadakı səfirliyi məsələ ilə bağlı məlumat yayıb: "Araşdırmalar aparılır. Saxlanılan bütün azarkeşlərə lazımi yardım göstəriləcək".
Saat 12:42
Fransa polisi rusiyalı fanatların olduğu avtobusu saxlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ümumrusiya Azarkeşlər Birliyinin rəhbəri Aleksandr Şprıqin məlumat verib. Onun sözlərinə görə, hadisə Kann şəhərində baş verib. Hazırda fanatlar avtobusda saxlanılır.
Şprıqin əlavə edib ki, avtobusdan enməyə çalışan Moskvanın "Lokomotik" fan-klubunun rəhbəri Aleksey Yerunov Rusiyaya deportasiya edilib: "Onlardan bizdən avtobusdan çıxmağımızı tələb edirlər. Artıq 1 saatdan çoxdur ki, bizi saxlayıblar. Güman edirəm ki, avtobusdan düşən zaman bizi deportasiya edəcəklər.
Qeyd edək ki, iyunun 11-də “Avro-2016" çərçivəsində Marselin “Velodrom” stadionunda İngiltərə və Rusiya yığmaları arasında keçirilən oyunda qarşıdurma baş verib. Oyun başa çatdıqdan sonra rusiyalı fanatlar mühafizə xəttini qıraraq rəqib komandanın azarkeşlərinin yerləşdiyi tribunalara hücum ediblər.
UEFA Rusiya və İngiltərəyə xəbərdarlıq edib ki, avroçempionat çərçivəsində azarkeşlər yenə zorakılığa yol verərsə, komandalar Avro 2016-dan çıxarıla bilər.
Dünən Fransa xüsusi təyinatlıları rus azərkeşlərin qaldığı otelə basqın ediblər. Şprıqin bununla bağlı Tvitter hesabında məlumat verib: "Avtomatlarla silahlanmış 40 polis otelə basqın edib, sənədlərin nüsxələrini götürdü və bizim fotolarımızı çəkdilər".
Samir