Futbol üzrə Avropa çempionatında dava salan 40 nəfər rusiyalının kimliyi müəyyən edilib və onların yaxalanması üçün əməliyyatlara başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Bernard Cazeneuve bildirib.
Marseldə azarkeşlər arasındakı dava barədə danışan nazir qeyd edib ki, axtarışda olan rusların yenidən dava salmamaları üçün axtarışlara start verilib.
Qeyd edək ki, iyunun 11-də Fransada ingilis və rus azarkeşlər arasında kütləvi dava olub. İngiltərə - Rusiya matçı öncəsi iki komandanın azarkeşləri arasında kütləvi dava baş verib. Dava nəticəsində ölən olmayıb, lakin ikisi ağır olmaqla 6 nəfər xəsarət alıb.
Ayxan