Türkiyənin baş naziri Binəli Yıldırım Kütahyada şahtaçılarla görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.
Teleqraf.com xəbər verir ki, baş nazir TRT-də yayımlanan dini verilişdə professor Mustafa Aşkarın "namaz qılmayan heyvandır" ifadəsinə münasibət bildirib.
B.Yıldırım qeyd edib ki, bu ifadə müsəlmana yaraşmaz: "Burada şərh olunacaq bir şey yoxdur. Çox səhv edib. İslam gözəllik, qardaşlıq dinidir. Kimsə o ifadəni işlədibsə böyük səhv edib. Belə söz işlədənlərin müsəlmanlar arasında yeri yoxdur".
Ayxan