Özbəkistan qonşu ölkələrlə sərhəd-buraxılış məntəqələrini müvəqqəti olaraq bağlayıb.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.
Qırğızıstan Sərhəd Xidmətinin məlumatında deyilir: “Bu gündən etibarən Özbəkistan Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistandan bu ölkəyə nəqliyyat vasitələrinin, yük maşınlarının və vətəndaşların daxil olmasını dayandırıb. Özbəkistan tərəfinin bu qadağası iyunun 25-dək qüvvədə olacaq”.
Qeyd olunur ki, yeganə istisna Özbəkistanın Qırğızıstan ərazisində Oş vilayətindəki eksklavının – Barak Qara-Suuy rayonunun əhalisinə şamil ediləcək. Onlar Qırğızıstan-Özbəkistan sərhədini əvvəlki qayda ilə keçməyə davam edəcəklər.
Qırğızıstanda güman edirlər ki, Özbəkistanın atdığı bu addım Şanxay Əməkdaşlıq Təşkilatının iyunun 23-24-də Daşkənddə keçiriləcək növbəti sammiti ilə bağlı görülən təhlükəsizlik tədbirləri çərçivəsində atılıb.
Səxavət