15 İyun 2016 12:56
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Ayətullah Əli Xamanei ötən gün hakimiyyət nümayəndlərini, səlahiyyətli şəxsləri, eləcə də müxtəlif qurum təmsilçilərini, siyasi, ictimai və mədəniyyət fəallarını qəbul edib.

Teleqraf.com İran mediasına istinadla xəbər verir ki, müxtəlif mövzulara toxunan dini lider ABŞ-ın ünvanına kəskin tənqid səslədirib.

Dünyada İranın özəl düşmənləri olduğunu söyləyən Xamanei hesab edir ki, bunun başıca səbəbi İran İslam Respublikasının bənzərsiz bir modellə inkişaf etməsidir: "Düşmənlərin planı və mövqeyi İslam Respublikasının qüdrət və ənənələrini yox eləməkdir, buna nail olmadıqda isə ona əngəl olmaqdır".

İranın dini liderinin sözlərinə görə, düşmənlərin başında ABŞ və sionist şəbəkənin aparıcı dövləti İsrail dayanır: "Xarici işlər nazirinin bir neçə gün öncə parlamentdə ABŞ-ın İrana qarşı mövqeyinin dəyişmədiyi fikri çox doğru və yerində verilmiş açıqlamadır. Bu günkü ABŞ Reyqan dövrünün Amerikası ilə eynidir, demokratlarla respublikaçılar arasında heç bir fəqr yoxdur. Bəziləri bizim Amerika ilə anlaşa biləcəyimizi və problemləri yoluna qoya biləcəyimizi zənn edirsə, bu, yanlış və qorxunc bir düşüncədən ibarətdir".

Ayətullah Xamaneinin fikrincə, Amerikanın yanaşamasına görə, onunla razılaşmaq özünün mövqe və prinsiplərinən vaz keşməkdir: "Bu vazkeçmənin isə həddi-sərhədi yoxdur. Göründüyü kimi, nüvə məsələsindən sonra raket məsələsini gündəmə gətirdilər, sonra insan haqlarına, ardından vilayəti-fəqihə, axırda da konstitusiya və islam suverenliyinə gəlib çıxacaqlar".

Xamanei İranın nüvə razılaşamasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini, ABŞ-ın isə əhdinə sadiq olmadığını söyləyib: "Amerika nüvə razılaşmasını pozarsa biz onu atəşə verərik..."

Mahir


Müəllif:

Oxşar xəbərlər