15 İyun 2016 17:53
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada әmәk mәcәllәsi qanun layihəsinə qarşı etirazlar həyatı iflic edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində 1 milyondan çox insan aksiyalara qatılıblar.

Nümayişlər zamanı polislə etirazçılar arasında toqquşmalar baş verib. İnsidentlər nəticəsində 24-ü polis olmaqla 41 nəfər yaralanıb, 58 etirazçı saxlanılıb.

Həmkarlar ittifaqlarının yaydığı məlumata görə, polis etirazçılar dağıtmaq üçün gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Çox sayda avtomobilə və mağazaya ciddi ziyan dəyib.

Jurnalistlərə açıqlama verən Fransanın Baş naziri Manuel Vals baş verәn hadisәlәrә baxmayaraq, layihәdәn imtina etmәyәcәklәrini deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər