15 İyun 2016 22:14
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarkanın paytaxtı Kopenhagendə tibbi və pedoqoji təhsil ocağında öyrəncilərin namaz qılması qadağan edilib. Teleqraf.com xəbər verir ki, tələbələrdən biri namaz qılmaqla bağlı rəhbərliyə müraciət edib və "yox" cavabı alıb.

Məktəb direktoru İnger Margreze Censen faktı təsdiqləyərək bildirib ki, tələbələr az qala məktəbdən məscid kimi istifadə edirlər: "Karidorlarda belə namaz qılırlar. Din, namaz şəxsi məsələdir. Din və təhsil bir-birindən ayrıdır. Bura elm, təhsil alanlar üçündür. Kim namaz qılmaq istəyirsə məscidlərə, evlərinə getsin. Nəinki dərs saatında, hətta tənəffüs vaxtı da namazın qılınmasını qadağan etmişik. Biz bu səviyyəyə dindən uzaqlaşaraq gəlmişik".

5.6 milyol əhalinin yaşadığı Danimarkada 200 mindən çox müsəlman var.

Ayxan


Müəllif:

Oxşar xəbərlər