15 İyun 2016 23:39
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin baş naziri Devid Kameron ölkəsinin Avropa Birliyində qalıb-qalmaması ilə bağlı gələn həftə keçiriləcək referendumun əleyhinə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Kameron "İngiltərənin AB-dən çıxmasının acı nəticələri olacaq" deyib.

Baş nazirə görə, ayrılmanın üç nəticəsi olacaq. Birincisi, psixoloji şokdur. İkincisi, məchulluqdur. Üçüncüsü, ticarət əlaqələrinin məhdudlaşmasıdır.

"Ortaq bazara girə bilməyəcəyik və iqtisadiyyat zəifləyəcək, iş yerləri azalacaq. London maliyyə bazarının mərkəzi olmayacaq. Paytaxtdakı beynəlxalq şirkətlər fəaliyyətlərini dayandıracaq. Əgər iyunun 25-də AB-nin üzvü olan bir ölkənin vətəndaşı olaraq yuxudan ayılsaq bu, həyacanlı olacaq və londonlular rahat nəfəs alacaqlar", deyə Kameron bildirib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər