Suriya ordusu Bayırbucaq Türkmən bölgəsinin ən strateji nöqtəsini ələ keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Əsəd rejiminin qüvvələri Karamanlı kəndini azad edib.
Məlumatlara görə, Suriya ordusu türkmənlərin yaşadığı bölgələrdə əməliyyatlara iki gün öncə başlayıb. Döyüşlər zamanı çox sayda türkmən döyüşçünün öldürüldüyü bildirilir.
Qeyd edək ki, rejim qüvvələri dünən İsa Pınar kəndini ələ keçirmişdi.
Samir