16 İyun 2016 15:30
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentində "Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunun müzakirəsi zamanı insident yaşanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səsvermədən öncə Ermənistanın sabiq baş naziri, Erməni Milli Konqresinin olan millət vəkili Qrant Baqratyan çıxış üçün icazə istəyib.

Çıxışı zamanı o, bu layihənin hazırlayanların Ermənistanın iqtisadi və sosial tarixindən xəbərsiz olduqlarını bildirib. Baqratyan qeyd edib ki, Ermənistan Avropa deyil: "Əgər kənddə 10 nəfər yaşayırsa belə, həmin kənd strateji vacib məntəqə olmalıdır, iki qəpiyə görə bu cür addım atmaq olmaz ".

Respublikaçılar partiyasının deputatı Vardan Ayvazyan həmkarının fikirlərini təkzib edib. Bu, Baqratyanın qəzəbinə səbəb olub. Başlanan mübahisə bir müddət sonra davaya çevrilib. Millət vəkilləri dalaşan Avazyan və Baqratyanı sakitləşdirməyə çalışsalar da, buna müvəffəq olmayıblar.

İclasda qısa fasilə yaranıb.

Samir


Müəllif:

Oxşar xəbərlər