22 İyun 2014 19:09
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Donetsk vilayətinin Dmitrovski bölgəsinə 5 tank, 7 zirehli maşın və xeyli sayda silahlılar daxil olub.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin nümayəndəsi Vladimir Çepovoy Kiyevdə baş tutan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, həmin həbçilər və silahlı texnika Rusiyaya məxsusdur:

"Ərazidən keçən heyətin tərkibində 140- yaxın hərbçi olub. İlkin məlumatlara görə, onlar Rusiya vətəndaşlarıdır. Bizdə olan məlumatlara görə bunlar Rusiyanın Krımda olan hərbi texnikasıdır. Məsələ ilə əlaqədar olaraq araşdırma aparırıq. Ukrayna Rusiya sərhəddindən texnikanın keçməsi üçün bütün yolları bağlamışdı. Bütün sərhəd nəzərətə götürülmüşdü. Bu o deməkdir ki, sərhəd istənilən vaxt vurulub-dağıdılır"./anspress/


Müəllif: