17 İyun 2016 19:11
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Avropanın sanksiyalarına cavab olaraq bildirib ki, Kreml Qərb dövlətlərinə qarşı heç bir kin saxlamır.

Peterbuqdakı "Qlobal Yeni İqtisadi Reallıqlardan Faydalanmaq" mövzusunda keçirilən konfransda çıxış edən Putin qeyd edib ki, dünya iqtisadiyyatının təkrar inkişafı mümkün deyil. Bunun üçün bütün ölkələrin birə səyi lazımdır.

"Rusiya iqtisadiyyatının yaxın gələcəkdə inkişafı üçün gərəkən addımları atmışıq. İnfilyasiyanın səviyyəsi aşağı düşüb. Yaxın gələcəkdə iqtisadiyyatımız dirçələcək. Bu gün Avropa ölkələri Ukrayna məsələsinə görə bizə sanksiyalar tətbiq edir. Amma bizim onlara qarşı kinimiz yoxdur. Hətta biz ABŞ-ın dünyada supergüc olduğunu qəbul edərək onlarla əməkdaşlığa hazırıq", deyən Putin bildirib ki, sanksiyalardan zərər çəkən Rusiya və Avropadır. "Amerika isə heç bir zərər çəkmir. ABŞ-ın göstərişilə sanksiyalara qoşulmaqla ziyana düşən Avropanı anlamaqda çətinlik çəkirəm". deyə Rusiya prezidenti bildirib.

Ayan


Müəllif:

Oxşar xəbərlər