94 yaşlı keçmiş nasist Reyinqold Hanninqin barəsində məhkəmə hökm çıxarıb. Teleqraf.com xəbər verir ki, o, 170 nəfərin ölümündə iştirakda ittiham olunur.
Reyinqold Hanninq məhkumların zorla işlədilməsində, qaz doldurulmuş otaqlara salınaraq öldürülməsində iştirakda şübhəli bilinir. O, 5 il azadlıqdan məhrum edilib.
Hanninq həmin günlərin dəhşətlərindən danışaraq qeyd edib ki, əməllərinə görə peşmandır:
“İnsanlar güllələndi, qaz kameralarına öldürüldü, diri-diri yandırıldı. Cəsədlərin daşınması prosesini öz gözümlə görmüşəm. Auşvitz həbs düşərgəsində işlədiyim, bu sistemin bir parçası olduğum üçün çox peşmanam. Ədalətsizliyə göz yumduğum üçün utanıram. Bunlar dəhşət idi. Kaş ki, orada olmayaydım”.
Ayxan