22 İyun 2014 20:28

Suriya ordusu İraq Şam İslam Dövləti qruplaşmasına hava zərbələri endirib.

İraq sərhədi yaxınlığındakı İŞİD mövqelərinə endirilən zərbələr nəticəsində 16 terrorçu öldürülüb, onlarla adam yaralanıb.

Məlumatlara görə, Suriyanı hərbi təyyarələri İŞİD-in nəzarətində olan 5 bölgəni bombalayıb.

Qeyd edək ki, İŞİD Suriyanın neftlə zəngin olan Deyr əz-Zur bölgəsini ələ almağa çalışır.
Suriya ordusunun müqavimətinə baxmayaraq terrorçu qruplaşma bölgənin 70 faizinə nəzarət edir./anspress/


Müəllif:
Загрузка...