Əfqanıstan helikopter alınamsı da daxil olmaqla Rusiyadan hərbi- texniki yardım istəyib.
Teleqraf.com-un xarici mediaya istinadla xəbər verir ki, Əfqanıstan xarici işlər nazirinin müavini Hikmət Xəlil Kərzai bu istəyini Rusiya səfəri zamanı bildirib. Kərzainin sözlərinə görə, əfqan hökuməti helikopterlərdən əlavə, hərbi əməkdaşlığı gücləndirmək məqsədi ilə Rusiya Təhülkəsizlik Şurasına müraciət ünvanlayıb.
Kərzai Kabil və Moskva arasında hərbi əməkdaşlığı genişləndirmək üçün rus və əfqan rəsmilərinin birgə toplantı keçirdiyi xəbərini də təsdiqləyib. Toplantı bu ilin aprelində 500-dən artıq siyasətçi və ordu komandirinin qatıldığı 5-ci Beynəlxalq Təhlükəsizlik Konfransına paralel keçirilib.
Artıq Rusiya Kabildə helikopterlərə xidmət göstərən servis şirkəti quramağa hazır olduğunu bəyan edib.
Mahir