18 İyun 2016 15:01
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə milli yığmasının üzvü, "Barselona" komandasının futbolçusu Arda Turanın sevgilisinin halı pisləşib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, ötən gün futbol üzrə Avropa Çempionatı çərçivəsində gerçəkləşən İspaniya-Türkiyə qarşılaşmasından sonra Arda Turanın sevgilisi Aslıhan Doğan göz yaşlarını saxlaya bilməyib, halı pisləşib və meydançanı tərk edib.

O, İspaniya komandasına 3-0 hesabı ilə məğlub olan Türkiyə komandasının kapitanı Arda Turanın vəziyyətinə üzülüb.

Xorvatiyanın ardından İspaniyaya da məbluğ olan Türkiyə komandasında ən çox təndiq hədəfi Arda Turan olub. Futbol mütəxəssisləri Türkiyə komandasının formada olmadığını, Arda Turanın isə gözləntiləri doğrultmadığı düşüncəsindədirlər.

Pərvin


Müəllif:

Oxşar xəbərlər